Ronaldu İtaliya çempionatının bombardirlər siyahısında liderliyə yüksəlib

30-12-2018, 07:16           
Ronaldu İtaliya çempionatının bombardirlər siyahısında liderliyə yüksəlib
Turinin "Yuventus" klubu İtaliya A Seriyasının 19-cu turunda "Sampdoriya" üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

“Report” xəbər verir ki, komandanın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu qarşılaşmada dubl edərək A Seriyasının ən yaxşı bombardirləri siyahısında birinci yerə yüksəlib.

Oyunun 2 və 65-ci dəqiqələrində fərqlənən beşqat "Qızıl top" sahibi cari mövsüm vurduğu qolların sayını 14-ə çatdırıb və aktivində 13 qol olan "Cenoa"nın polşalı hücumçusu Kşiştof Pyonteki geridə qoyub.

Ronaldu həmçinin İtaliya çempionatının elit divizionunda 14 qol vuran ilk portuqaliyalı futbolçu olub. Daha əvvəl rekord "Yuventus"un xavbeki Ruy Barruşa məxsus idi. O, 1988/89-cu illər mövsümündə 12 qolun müəllifi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru