“Yuventus” Ronaldunun dublu sayəsində tarixi qələbə qazanıb

30-12-2018, 07:09           
“Yuventus” Ronaldunun dublu sayəsində tarixi qələbə qazanıb
İtaliya A Seriyasının XIX turunda “Yuventus” “Sampdoriya”nı qəbul edib. “Report”un məlumatına görə, Turində keçirilmiş qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qoca Sinyora”nın hər iki qolunu Kriştianu Ronaldu vurub. 2-ci dəqiqədə hesabı açan portuqaliyalı hücumçu 65-ci dəqiqədə penalti ilə qələbə topunu vurub. Qonaq komandadan isə 33-cü dəqiqədə Fabio Kvalyarella fərqlənib.

Beləliklə, “Yuve”nin il ərzində 100-cü, Ronaldunun isə 49-cu qolu qeydə alınıb. Bu qələbə sayəsində xallarını 53-ə çatdıran “Yuventus” turnir cədvəlinə başçılıq edir. Turin komandası həm də tarixi ərzində ilk dövrənin ən çox xalını toplayıb. “Sampdoriya” isə 29 xalla 5-ci pillədə












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru