"Mançester Siti" ardıcıl iki oyunluq məğlubiyyətdən sonra qələbə qazanıb

31-12-2018, 07:02           
"Mançester Siti" ardıcıl iki oyunluq məğlubiyyətdən sonra qələbə qazanıb
"Mançester Siti" klubu futbol üzrə İngiltərə Premyer Liqasının 20-ci turunda "Sauthempton" üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Sauthempton şəhərinin "Sent-Meris" stadionunda keçən qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Mançester Siti"yə qələbə gətirən qolları David Silva və Serxio Aquero vurub. Üçüncü top avtoqol kimi Ceyms Uord-Prausun adına yazılıb.

"Sauthempton"un yeganə qolunu Pyer-Emil Hyoybyerq vurub.

Bu, "şəhərlilər"in ardıcıl iki oyunluq məğlubiyyətdən sonra qazandıqları ilk qələbədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru