Ramos ilk dəfə olaraq ili qırmızı vərəqəsiz başa vurub

31-12-2018, 07:06           
Ramos ilk dəfə olaraq ili qırmızı vərəqəsiz başa vurub
Madridin "Real" klubunun müdafiəçisi və kapitanı Serxio Ramos 2018-ci təqvim ilində nə klub, nə də yığma (İspaniya) səviyyəsində keçirdiyi rəsmi oyunlarda bir dəfə də olsun qırmızı vərəqə almayıb.

“Report” xəbər verir ki, bu, aldığı qırmızı vərəqələrin sayına görə Primeronun rekordçusu olan (19 dəfə) 32 yaşlı futbolçunun karyerasında ilk dəfədir baş verir.

Ramos 2018-ci ildə 24 sarı vərəqə alıb: 16 — Primeroda, 4 — Çempionlar Liqasında, 2 — dünya klub çempionatı oyunlarında, 1 — dünya çempionatı matçlarında və 1 — UEFA Superkubokunda, lakin bununla belə heç bir halda meydandan qovulmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru