Samir Nəsri rəsmən İngiltərə klubunda

1-01-2019, 12:13           
Samir Nəsri rəsmən İngiltərə klubunda
Fransa millisinin sabiq üzvü Samir Nəsrinin "Vest Hem"ə keçidi rəsmiləşib.

Qol.az-ın İngiltərə Premyer Liqa klubunun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi ilə sonradan uzadıla bilməsi şərti ilə bu mövsümün sonunadək müqavilə imzalanıb.

Xatırladaq ki, S.Nəsrinin son klubu Türkiyə "Antalyaspor"u olub. O, İngiltərənin "Arsenal" (2008-2011) və "Mançester Siti" (2011-2017) klublarında çıxış edib.

Qeyd edək ki, S.Nəsrinin qanında dopinq aşkarlandığı üçün 18 ay müddətinə cəzalandırılmışdı. Onun cəza müddəti artıq başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru