Futbolçu Burak Yılmaz 11 ildən sonra “Beşiktaş”a qayıdıb

3-01-2019, 08:08           
Futbolçu Burak Yılmaz 11 ildən sonra “Beşiktaş”a qayıdıb
Türkiyə milli komandasının futbolçusu Burak Yılmaz 11 ildən sonra “Beşiktaş”a qayıdıb.

“Report”un “NTV”yə istinadla verdiyi məlumata görə, 34 yaşlı hücumçu ilə 2,5 illik müqavilə bağlanılıb.

Yılmaz ilk dəfə “ağ-qaralar”a 2006-cı ildə “Antalyaspor”dan keçib. Lakin o, 2008-ci ilin yanvarında Filip Holoşkonun transferi qarşılığında “Manisaspor”a göndərilib. Sonradan Türkiyənin daha 3 nəhəng klubu – “Fənərbağça”, “Qalatasaray” və iki dəfə “Trabzonspor”un formasını geyinmiş təcrübəli forvard Çinin “Beytszin Qoan” klubunda legioner həyatı da yaşayıb. O, son 1,5 ildə Trabzonda çıxış edib.

Türkiyə millisinə də dəvət alan Yılmaz 51 oyuna 23 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru