Ronaldo daha bir rekorda imza atıb

3-01-2019, 08:09           
Ronaldo daha bir rekorda imza atıb
İtaliyanın “Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun “İnstaqram”ını 150 milyondan çox insan izləyir.

Trend-in məlumatına görə, 32 yaşlı futbolçu “İnstaqram”da 150 milyondan çox izləyicisi olan yeganə insandır.

“İnstaqram”da izləyici sayına görə ikinci yerdə müğənni Selena Qomes (144,5 milyon), üçüncü yerdə isə müğənni Ariana Qrandedir (141,3 milyon).

K.Ronaldodan əlavə “İnstaqram”da futbolçular arasında 100 milyondan çox izləyicisi olanlar Fransanın “PSJ” klubunun braziliyalı hücumçusu Neymar (108,9 milyon) və İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messidir (105,1 milyon).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru