"MY" Sulşerin rəhbərliyi altında ardıcıl dördüncü qələbəsini qazanıb

3-01-2019, 08:11           
"MY" Sulşerin rəhbərliyi altında ardıcıl dördüncü qələbəsini qazanıb
Futbol üzrə İngiltərə Premyer Liqasının 21-ci turunda "Nyukasl Yunayted" "Mançester Yunayted"i qəbul edib.

“Report” xəbər verir ki, "Sent-Ceyms Park — Sports Direkt Arena" stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Romelu Lukaku və Markus Raşford vurub. Belə olan halda, "MY" yeni baş məşqçi Ule Qunnar Sulşerin rəhbərliyi altında ardıcıl 4-cü qələbəsini qazanmış olub.

"Mançester Yunayted" bu qələbə sayəsində xallarının sayını 38-ə çatdırıb və turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. "Nyukasl Yunayted" 18 xalla 15-ci yerdədir.

Paralel keçən qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

İngiltərə Premyer Liqası. 21-ci tur

"Nyukasl Yunayted" – "Mançester Yunayted" - 0:2

Qollar: 0:1 – Lukaku – 64, 0:2 – Raşford – 80

"Bornmut" – "Uotford" - 3:3

Qollar: 0:1 – Dini – 14, 0:2 – Dini – 27, 1:2 – Ake – 34, 2:2 – Uilson – 37, 2:3 – Sema – 38, 3:3 – Freyzer – 40

"Çelsi" – "Sauthempton" - 0:0

"Vest Hem Yunayted" – "Brayton end Houv Albion" ¬- 2:2

Qollar: 0:1 – Stivens – 56, 0:2 – Daffi – 58, 1:2 – Arnautoviç – 66, 2:2 – Arnautoviç – 68

"Haddersfild Taun" – "Börnli" - 1:2

Qollar: 1:0 – Munye – 33, 1:1 – Vud – 40, 1:2 – Barns – 74

Qırmızı vərəqə Şindler, 41 ("Haddersfild Taun") – Breydi, 90 ("Börnli")

"Vulverhempton" – "Kristal Pelas" - 0:2

Qollar: 0:1 – Ayyu – 83, 0:2 – Milivoyeviç – 90+5 (pen).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru