"Liverpul" Premyer Liqada ilk məğlubiyyətlə üzləşib

4-01-2019, 07:30           
"Liverpul" Premyer Liqada ilk məğlubiyyətlə üzləşib
İngiltərə Premyer Liqasında XXI turun son oyununda "Mançester Siti" və "Liverpul" komandaları üz-üzə gəlib.

"Report"un məlumatına görə, "Etihad" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 40-cı dəqiqədə "Mançester Siti"dən Serxio Aqüero açıb. Argentinalı hücumçu milli çempionatlarda 250-ci dəfə fərqlənib. Bunlardan 153-ü İngiltərə, 74-ü İspaniya, 23-ü Argentina çempionatına təsadüf edib. Roberto Firmino 64-cü dəqiqədə bərabərlik qolunu vursa da, Leroy Sane 72-ci dəqiqədə komandasının qələbə topuna imza atıb.

Beləliklə, Premyer Liqada 20 oyunluq məğlubiyyətsizlik (17 qələbə, 3 heç-heçə) seriyasına son verən "Liverpul" bu mövsüm ilk dəfə uduzub. Lakin Yurgen Kloppun baş məşqçi olduğu kollektiv 54 xalla liderliyini qoruyub. Xal fərqini 4-ə endirən "Mançester Siti" isə Xosep Qvardiolanın rəhbərliyi altında rəsmi matçlarda 100-cü qələbəsini qazanıb. İspaniyalı mütəxəssis komandaya 2016-cı ilin yayından başçılıq edir. O, İspaniya "Barselona"sında (2008 - 2012) 179, Almaniya "Bavariya"sında (2013 - 2016) 121 dəfə qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru