Həbibdən azərbaycanlı futbolçuya MÜRACİƏT

11-01-2019, 20:06           
Həbibdən azərbaycanlı futbolçuya MÜRACİƏT


Yüngül çəkidə Mütləq Döyüş Çempionu (UFC) Həbib Nurməhəmmədov Rusiyanın "Spartak" klubunda çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyevə müraciət edib.



Modern.az xəbər verir ki, 31 yaşlı döyüşçü şəxsi "Instagram" hesabından 23 yaşlı yarımmüdafiəçinin ona bənzədilməsinə münasibət bildirib.



H.Nurməhhəmədov sosial şəbəkədə "Ayaz, bax, məni pis vəziyyətdə qoyma. Sənə Həbib deyirlər. Ona görə də insanların üzərinə dəmir hasardan və stadiondan tullanma" fikirlərini səsləndirib.



Qeyd edək ki, "Spartak" klubunun azarkeşləri Ayaz Quliyevi komandanın Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışdakı məşqində "Həbib, buraya gəl" deyə səsləyiblər. Moskva təmsilçisi istedadlı oyunçu ilə uzunmüddətli müqavilə imzalayıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru