"Barselona" Messi və Suaresin qolları sayəsində qələbə qazanıb

14-01-2019, 07:16           
"Barselona" Messi və Suaresin qolları sayəsində qələbə qazanıb
Futbol üzrə İspaniya çempionatının 19-cu turunda "Barselona" "Eybar"ı darmadağın edib.

“Report” xəbər verir ki, Barselona şəhərinin "Kamp Nou" stadionunda keçirilən görüşü baş hakim Xesus Hil Mansano idarə edib.

Matçın 19-cu dəqiqəsində Luis Suares Filippe Koutinyonun ötürməsini qola çevirib. İkinci hissədə uruqvaylı futbolçu bu dəfə assistent rolunda çıxış edib. Məhz onun ötürməsindən sonra Lionel Messi hesabı 2:0-a çatdırıb. Tezliklə Suares dubl edərək oyunda son nöqtəni qoyub.

Bu qarşılaşmadan sonra "Barselona" xallarının sayını 43-ə çatdıraraq turnir cədvəlində liderliyini davam etdirib. "Eybar" 22 xalla 15-ci pillədədir.

Messinin vurduğu qol onun üçün İspaniya çempionatında 400-cü olub (435 oyunda). O, bununla da İspaniya çempionatı tarixində sözügedən göstəriciyə çatan ilk futbolçu olub. İkinci yerdə 311 qol ilə "Real"ın sabiq hücumçusu Kriştianu Ronaldu qərarlaşıb.

İspaniya Primerosu. 19-cu tur

"Barselona" – "Eybar" - 3:0

Qollar: 1:0 – Suares – 19, 2:0 – Messi – 53, 3:0 – Suares – 59












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru