Baş məşqçi Özilin “kitabını” bağladı

15-01-2019, 07:56           
Baş məşqçi Özilin “kitabını” bağladı
Özil "Arsenal"-a Madrid "Real"ından 2013-cü ildə keçib
Londonun "Arsenal" klubunun baş məşqçisi Unai Emeri rəhbərliyə bildirib ki, klubun yarımmüdafiəçisi Məsut Özilə ehtiyac duymur və onun artıq klubu qışda tərk etməsini istəyir. Bu barədə Sputnik Azərbaycan "Mir24"-ə istinadən xəbər verir.

Emeri hesab edir ki, Özilin satışı komandanın gücləndirməyə kömək edəcək. Çünki hazırda "Arsenal"ın yeni oyunçular almağa imkanı yoxdur. Yeganə problem isə almaniyalı futbolçunun məvacibinin yüksək olması və onun klubu tərk etmək istəməməsidir.

Qeyd edək ki, Özil "Arsenal"-a Madrid "Real"ından 2013-cü ildə keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru