Harri Keyn bir ay yarım müddətə sıradan çıxıb

16-01-2019, 07:04           
Harri Keyn bir ay yarım müddətə sıradan çıxıb
İngiltərənin "Tottenhem Hotspur" komandasının hücumçusu Harri Keyn zədəyə görə bir ay yarım yaşıl meydanlardan kənarda qalacaq.

“Report” xəbər verir ki, bu barədə klubun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

25 yaşlı ingilis tibbi müayinədən keçən zaman sol ayaq topuğunun bağında zədə aşkar olunub. Tibbi heyəti forvardın martdan tez yaşıl meydanlara qayıda bilməyəcəyini müəyyən edib.

Hazırda Keyn "Tottenhem"də bütün turnirlərdə 31 matç keçirib və 20 qol vuraraq, 7 məhsuldar ötürmə edib.

Komandanın lideri zədə ilə əlaqədar olaraq klubun təqribən 11 matçını, eləcə də Çempionlar Liqasında fevralın 13-də Londonda, martın 5-də isə Almaniyada Dortmund "Borussiya"sına qarşı keçiriləcək 1/8 final qarşılaşmalarını buraxmalı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru