“Arsenal” Məsud Özili “Yuventus” və “İnter”ə təklif edib

16-01-2019, 07:09           
“Arsenal” Məsud Özili “Yuventus” və “İnter”ə təklif edib
Londonun “Arsenal” klubu “qış transfer pəncərəsi” dövründə türk əsilli yarımmüdafiəçi Məsud Özildən yaxa qurtarmağa çalışır.

“Report” xəbər verir ki, “Tuttomercatoweb” nəşrinin məlumatına görə, bu səbəbdən 30 yaşlı futbolçu karyerasını İtaliyada davam etdirə bilər.

“Topçular”ın rəhbərliyi A Seriyasının dərhal iki klubu ilə – Turin “Yuventus”u və Milan “İnter”i ilə əlaqə saxlayıb və onlara xavbeki almağı təklif edib.

Lakin sövdələşməni reallaşdırmaq elə də asan olmayacaq, çünki nə byankonyerilər, nə də neradzurri Özilə “Arsenal”da aldığı qədər əmək haqqı verməyə hazır deyillər. Hazırkı müqaviləyə görə, futbolçunun həftəlik məvacibi 391 min avrodur.

Daha əvvəl Məsut Özilin nişanlanması xəbəri yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru