"Real" və "Atletiko" qələbə qazandı

20-01-2019, 17:00           
"Real" və "Atletiko" qələbə qazandı
İspaniya La Liqasında ikinci dövrə start götürüb. XX turda mübarizə başlayıb.


ƏTRAFLI
NAR.AZ
İlk oyun günündə "Xetafe" "Alaves"i darmadağın edib. Meydan sahibləri 4 cavabsız qola sevinib.

Turnir cədvəlində qonşu olan "Real"la "Sevilya" şənbə günü "Santyaqo Bernabeu"da üz-üzə gəliblər. Eyni xala malik komandaların duelində meydan sahibləri 2 cavabsız qolla qələbə qazanıb.

İkinci pillədəki "Atletiko" autsayder "Hueska"dan səfərdə 3 xal alıb. Madrid təmsilçisi 3 cavabsız qolla böyükhesablı qələbə əldə edib.

Lider "Barselona" isə orta sıralarda yer alan "Leqane"i qona edəcək.

İspaniya La Liqası

XX tur

18 yanvar

"Xetafe" - "Alaves" - 4:0

Mata, 33-p., 88, Molina, 46, 55

19 yanvar

"Real" - "Sevilya" - 2:0

Kazemiro, 78, Modriç, 90

"Hueska" - "Atletiko" - 0:3

Hernandes, 31, Arias, 52, Koke, 71

"Selta" - "Valensiya" - 1:2

Araujo, 40 - Torres, 71, Moreno, 84

20 yanvar

15:00. "Betis" - "Xirona"

19:15. "Vilyarreal" - "Atletik"

21:30. "Levante" - "Valyadolid"

21:30. "Rayo Valyekano" - "Real Sosyedad"

23:45. "Barselona" - "Leqanes"

21 yanvar

00:00. "Eybar" - "Espanyol"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru