"Neftçi" 31 yaşlı futbolçu gətirir - 300 min avroya - FOTO

21-01-2019, 06:24           
"Neftçi" 31 yaşlı futbolçu gətirir - 300 min avroya - FOTO
“Neftçi” Vangelis Platellasın transferini həll edib.

Matç.az saytının məlumatına görə, bu barədə yunan jurnalist Dmitris Samolis xəbər yayıb.

O, 31 yaşlı futbolçunun sabah Antalyaya yollanıb, “Neftçi”nin düşərgəsinə qoşulacağını bildirib.

Artıq OFİ ilə “Neftçi” arasındakı anlaşmanın detalları da bəllidi. Bu keçid qarşılığında “ağ-qaralar” qarşı tərəfə 300 min avro ödəyəcək.

Futbolçunun özü ilə isə 1,5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Yunanıstan Superliqasında ümumilikdə 77 oyun keçirən Vangelis 6 qol vurub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru