Elxan Məmmədov: "Mustafa Reşit Akçayla heç bir danışığımız olmayıb"

22-01-2019, 10:11           
Elxan Məmmədov: "Mustafa Reşit Akçayla heç bir danışığımız olmayıb"
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının baş məşqçi postuna Mustafa Reşit Akçayın təyin olunmasına dair iddialara münasibət bildirib.

E.Məmmədov "Report"a açıqlamasında bunu agentlərin ortaya atdığı şayiə adlandırıb. Onun sözlərinə görə, türkiyəli mütəxəssislə heç bir danışıq aparılmayıb: "Onunla nəinki anlaşmışıq, heç danışıq da aparmamışıq. Hətta belə bir şəxs bizə təklif olunmayıb. Bu, müxtəlif agentlər tərəfindən ortaya atılmış spekulyasiyalardır".

Qeyd edək ki, Azərbaycan millisinin türkiyəli Mustafa Reşit Akçaya tapşırıldığına dair xəbəri "Fanatik" nəşri yayıb. 60 yaşlı mütəxəssisin son klubu 2018-ci ilin noyabrında zəif nəticələrlə əlaqədar yollarını ayırdığı "Osmanlıspor" olub. O, "Gümüşhanespor", "Pazarspor", "Arsinspor", "Ofspor", "Beylerbeyi", "Tavşanlı", "1461 Trabzonspor", "Trabzonspor", "Akhisar Belediyespor" və "Konyaspor"da da çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru