Məhəmməd Salah sosial şəbəkələrdəki hesablarını silir

23-01-2019, 22:27           
Məhəmməd Salah sosial şəbəkələrdəki hesablarını silir
İngiltərənin "Liverpul” klubunun ulduz futbolçusu Məhəmməd Salah sosial şəbəkə hesablarını silməyə qərar verib.

Teref.az "Report”a istinadən xəbər verir ki, 27 yaşlı misirli yarımmüdafiəçi 22 yanvar tarixində son olaraq belə bir paylaşım edib: "2019-cu ilin qərarı: Real həyatda ünsiyyət qurmaq zamanı”. Bu paylaşımlardan sonra o "İnstagram” və "Twitter” hesablarını silib.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm İngiltərə Premyer Liqasında 23 oyunda meydanda olub, 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Liverpul” 60 xalla turnir cədvəlinə başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru