Çempionlar Liqasının oyunu ilə bağlı intizam işi açıldı

14-02-2019, 00:00           
Çempionlar Liqasının oyunu ilə bağlı intizam işi açıldı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilmiş "Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa) matçı ilə bağlı intizam işi açıb.

Publika.az qurumun saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin azarkeşləri sözügedən qarşılaşmada tribunaları bloklayıb və meydana yad əşyalar atıblar.

Paris klubunun fanatları isə meydana əşyalar atmaqla yanaşı, görüşdə pirotexniki vasitələrdən istifadə etməkdə və iğtişaşlar yaratmaqda ittiham olunur.

Bu məsələ ilə bağlı qərar fevralın 28-də açıqlanacaq.

Qeyd edək ki, matç PSJ-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasındakı cavab oyunu martın 6-da keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.