Yenə Ronaldo - VİDEO

3-06-2019, 07:55           
Yenə Ronaldo - VİDEO
UEFA Çempionlar Liqasında 2018-2019 mövsümünün ən yaxşı qolunu açıqlayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Yuventus"un hücumçusu Kriştianu Ronaldonun qrup mərhələsinin 4-cü turunda sabiq komandası "Mançester Yunayted"ə vurduğu qol UEFA tərəfindən təyin olunmuş xüsusi komissiya tərəfindən ən yaxşı seçilib. Portuqaliyalı superulduz ardıcıl ikinci dəfə ÇL-də bu nominasiya üzrə qalib olur.

Qeyd edək ki, Çempionlar Liqasında mövsümün qolunu müəyyənlədirən komissiyanın tərkibində Tomas Şaaf (Almaniya), Peter Rudbek (Danimarka), Devid Moyes (Şotlandiya), Raul Qonzales (İspaniya), Peki Bonner (İrlandiya), Maykl Onil (Şimali İrlandiya), Qaret Soutqeyt (İngiltərə), Roberto Martinez (İspaniya), Xines Melendes (İspaniya) kimi mütəxəssislər yer alıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru