"Real" gözlənilən transferi reallaşdırdı

4-06-2019, 19:05           
"Real" gözlənilən transferi reallaşdırdı
“Ayntraxt”ın hücumçusu Luka Yoviçin “Real”a keçidi rəsmiləşib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bundesliqada ötən mövsümün bombardirlərindən olan serbiyalı forvardla 5 illik müqavilə imzalanıb. Qeyri-rəsmi xəbərə görə, “Real”ın Yoviçə görə “Ayntraxt”a 60-70 milyon avro aralığında təzminat ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Yoviç “Ayntraxt”a “Benfika”dan keçmişdi. O, başa çatan mövsümdə 17 qol vuraraq komandasının bombardiri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru