Avropa çempionatı: Azərbaycan güləşçisi erməni rəqibinə qalib gəldi

5-06-2019, 08:48           
Avropa çempionatı: Azərbaycan güləşçisi erməni rəqibinə qalib gəldi
Ispaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı keçirilir.

Yarışda iştirak edən Azərbaycan millisi ilk medalını qazanıb.

Belə ki, yunan-Roma güləşçimiz Zaur Əliyev (55 kq) Avropa çempionatına iddialı start verib. Təmsilçimiz ilk görüşdə Bolqarıstan idmançısına ilk hissə bitmədən qalib gəlib. Əliyev növbəti görüşü də vaxtından əvvəl qələbəylə başa vurub.

Zaur 1/4 finalda Danimarka təmsilçisinə gücünü göstərərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Gürcüstan təmsilçisiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz 3:2 önə keçsə də, son dəqiqədə müdafiədə buraxdığı səhv ucbatından görüşdən məğlub ayrılıb.

Əliyev bürünc medal uğrunda Ermənistan güləşçisi Gevorq Sukiasyanla güləşib. Prinsipial qarşılaşmada Zaur qələbə qazanaraq, Avropa üçüncüsü olub və qitə birinciliyində ilk medalımızı əldə edib/APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru