"Real" Hazardı nömrəsiz təqdim edə bilər

9-06-2019, 18:56           
"Real" Hazardı nömrəsiz təqdim edə bilər
"Real"ın yeni transferi Eden Hazard "kral klubu"nda hələ də nömrə seçimi etməyib.

Faktor.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən Madrid təmsilçisinin belçikalı yarımmüdafiəçini ictimaiyyətə nömrəsiz forma ilə təqdim edə biləcəyi istisna olunmur.
Hazardın "Çelsi"də geyindiyi 10 nömrəli futbolka "Real"da Luka Modriçə məxsusdur.

Qeyd edək ki, 28 yaşlı futbolçunun təqdimat mərasimi tibbi müayinədən sonra - iyunun 13-də "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru