AVRO-2020: Polşa İsraili, Sloveniya Latviyanı böyük hesabla məğlub edib - VİDEO

11-06-2019, 07:21           
AVRO-2020: Polşa İsraili, Sloveniya Latviyanı böyük hesabla məğlub edib - VİDEO
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IV tura start verilib.

"Report"un məlumatına görə, turun ilk oyun günündə 5 qrupda 12 görüş keçirilib.

Gecənin sensasiyası A qrupunda qeydə alınıb. UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupdan qalib kimi çıxmağı bacaran Kosovo bu dəfə səfərdə Bolqarıstan üzərində əzmkar qələbəyə imza atıb - 3:2. Bernar Şallandın baş məşqçi olduğu komanda hazırda qrupda məğlubedilməzdir. Qrupun digər oyununda Çexiya Monteneqronu darmadağın edib - 3:0.

B qrupunda Ukrayna yığması bu dəfə gözlənilməz nəticələrə imza atan Lüksemburqa çətinliklə qalib gəlib - 1:0. Serbiya isə ötən tur Ukraynaya 0:5 hesablı məğlubiyyətin əvəzini Litvanı darmadağın etməklə çıxıb.

D qrupunda Danimarka Gürcüstanı darmadağın edib - 5:1. İrlandiya isə Cəbəllütariqi 2 cavabsız topla məğlubiyyətə uğradıb.

F qrupunda İspaniya ardıcıl dördüncü qələbəsini İsveç üzərində böyük hesabla qazanıb - 3:0. Rumıniya səfərdə Maltanı 4:0 hesabı ilə darmadağın edibsə, Farer adaları evdə Norveçə uduzub - 0:2.

G qrupundakı hər 3 oyunda darmadağın qeydə alınıb. Polşa evdə İsraili 4:0, Sloveniya səfərdə Latviyanı 5:0, Avstriya isə Makedoniyanı 4:1 hesabı ilə yenib.

AVRO-2020, IV tur

10 iyun

A qrupu

22:45. Çexiya - Monteneqro - 3:0

Qol: Yakub Yankto, 18. Boris Kopitoviç, 49 (öz qapısına). Patrik Şik, 82

22:45. Bolqarıstan - Kosovo - 2:3

Qollar: İvelin Popov, 43. Kristian Dimitrov, 55 - Milot Raşitsa, 14. Vedat Muriqi, 64. Elbasan Raşani, 90+3

Xal durumu: İngiltərə - 6 (2 oyuna), Çexiya - 6 (3), Kosovo – 5 (3), Monteneqro - 2 (4), Bolqarıstan – 2 (4).

B qrupu

22:45. Ukrayna - Lüksemburq - 1:0

Qol: Roman Yaremçuk, 6

22:45. Serbiya - Litva - 4:1

Qollar: Aleksandar Mitroviç, 20; 34. Luka Yoviç, 35. Adem Lyayiç, 90+2 - Arvidas Novikovas, 71 (penalti ilə)

Xal durumu: Ukrayna – 10 (4 oyuna), Lüksemburq – 4 (4), Serbiya - 4 (3), Portuqaliya – 2 (2), Litva – 1 (3)

D qrupu

22:45. İrlandiya - Cəbəllütariq - 2:0

Qollar: Roy Çipolina, 29 (öz qapısına). Robbi Bredi, 90+3

22:45. Danimarka - Gürcüstan - 5:1

Qollar: Kasper Dolberq, 14; 63. Kristian Eriksen, 30 (penalti ilə). Yussuf Poulsen, 73. Martin Braytveyt, 90+3 - Saba Lobjanidze, 25

Xal durumu: İrlandiya – 10 (4 oyuna), Danimarka - 5 (3), İsveçrə - 4 (2), Gürcüstan – 3 (4), Cəbəllütariq – 0 (3).

F qrupu

22:45. İspaniya - İsveç - 3:0

Qollar: Serxio Ramos, 64 (penalti ilə). Alvaro Morata, 85 (penalti ilə). Mikel Oyarsabal, 87

22:45. Malta - Rumıniya - 0:4

Qollar: George Puşkaş, 7; 29. Aleksandru Kipçu, 34. Dennis Man, 90+1

Qırmızı vərəqə: Aleksandru Kipçu, 81 (Rumıniya)

22:45. Farer adaları - Norveç - 0:2

Qollar: Byorn Yonsen, 49; 84

Xal durumu: İspaniya – 12, İsveç – 7, Rumıniya – 7, Norveç - 5, Malta - 3, Farer adaları - 0.

G qrupu

22:45. Polşa - İsrail - 4:0

Qollar: Kşiştof Pyontek, 35. Robert Levandovski, 56 (penalti ilə). Kamil Qrositski, 59. Damian Kondzyor, 84

22:45. Latviya - Sloveniya - 0:5

Qollar: Domen Çrniqoy, 24; 27. Yosip İliçiç, 29 (penalti ilə); 44. Mixa Zayts, 47

22:45. Makedoniya - Avstriya - 1:4

Qollar: Martin Hinteregger, 18 (öz qapısına) - Valentino Lazaro, 39. Marko Arnautoviç, 62 (penalti ilə); 82. Konrad Laymer, 86

Xal durumu: Polşa - 12, İsrail - 7, Avstriya - 6, Sloveniya - 5, Makedoniya - 4, Latviya - 0.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru