"Arsenal" "Mançester Yunayted" i məğlub edib 2-01-2020, 07:25 Londonun "Arsenal" klubu İngiltərə futbol çempionatının 21-ci turunun oyununda "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub edib.Trend-in məlumatına görə, qolları Nikolya Pepe (8-ci dəqiqə) və Sokrates Papastatopulos (42-ci dəqiqə) vurublar."Arsenal" komandasına Mikel Arteta rəhbərlik etdikdən sonra ilk dəfə qələbə qazanıb.London klubu 27 xalla turnir cədvəlində 10-cu yeri tutur. "Mançester Yunayted" 31 xalla beşinci pillədə qərarlaşıb. Facebook-da paylaş