İranın azərbaycanlı taekvondoçusu siyasi səbəblərdən ölkəni tərk etdi

12-01-2020, 21:08           
İranın azərbaycanlı taekvondoçusu siyasi səbəblərdən ölkəni tərk etdi
İranın azərbaycanlı taekvondoçusu siyasi səbəblərdən ölkəni tərk etdi

Rio-2016 Olimpiadasında taekvondo yarışlarında bürünc medal qazanmış İran təmsilçisi Kimiya Əlizadə siyasi səbəblərdən ölkəni tərk edib.



Pravda.az-ın xəbərinə görə, bu barədə idmançı özü “İnstagram” hesabında məlumat verib.



O bildirib ki, hamının tanıdığı, məşhur Kimiya Əlizadə deyil, zülmə məruz qalan milyonlarla iranlı qadından biridir: “Dövlət adamları məni istədikləri kimi istismar edirdilər, hara dedilər ora gedirdim. Nə deyirdilər onu geyinirdim. Narahat ruhum sizin çirkli iqtisadi kanallarınıza və sıx siyasi lobbilərinizə sığmır. Taekvondo, təhlükəsizlik, xoşbəxt və sağlam bir həyatdan başqa bir istəyim yoxdur.



Hörmətli İran xalqı, mən fəsad və yalançı pilləkənlərə qalxmaq istəmədim.



Heç kim məni Avropaya dəvət etmədi və yaşıl bağda oturmamışam. Ancaq riyakarlıq, yalan, haqsızlıq və yaltaqlıq masasında oturmaq istəmədiyim üçün bu qədər əziyyətə qatlaşmalı oldum.



Bu qərar Olimpiya qızılını qazanmaq daha çətindir, amma mən harada olsam da İranın övladı olaraq qalıram”.



Qeyd edək ki, Kimya Əlizadə əslən azərbaycanlıdır. O, 2016-cı ildı Rio-de-Janeyroda keçirilən Olimpiada oyunlarında mükafat qazanmış yeganə İran idmançısı idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.