İspaniya Superkubokunun qalibi məlum oldu - FOTO

13-01-2020, 01:22           
İspaniya Superkubokunun qalibi məlum oldu - FOTO
İlk dəfə yeni formatda keçirilən İspaniya Superkuboku baş tutub.

Səudiyyə Ərəbistanında keçirilən turnirin finalında iki Madrid təmsilçisi qarşılaşıb.

“Real” və “Atletiko” arasında keçirilən oyunda qol vurulmayıb. Əlavə vaxt da qolsuz bərabərliklə bitib. Qalibi penaltilər seriyası müəyyənləşdirib. Bu seriyadan “Real” qələbə ilə ayrılıb.

Qeyd edək ki, “Real” son dəqiqələri azlıqda oynamalı olub. 115-ci dəqiqədə qırmızı kart alan Federiko Valverdi oyunu tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru