“Qarabağ”ın futbolçusuna Türkiyə, İtaliya, Fransa klubları “elçi düşdü”

21-01-2020, 11:22           
“Qarabağ”ın futbolçusuna Türkiyə, İtaliya, Fransa klubları “elçi düşdü”
“Qarabağ"ın futbolçusu Faysal Rerras karyerasını İtaliyada davam etdirə bilər.
“Yeni Sabah” xəbər verir ki, İtaliya B Seriyasının təmsilçisi "Benevento" belçikalı müdafiəçini heyətinə qatmaq istəyir.

B Seriyasının lideri sürpriz olmayacağı təqdirdə, növbəti mövsümdən A Seriyasında çıxış edəcək. Buna görə də, rəhbərlik komandanı yeni mövsüm üçün gücləndirmək niyyətindədir.

Xatırladaq ki, 26 yaşlı futbolçunun "Qarabağ"la müqaviləsi iyun ayında bitəcək. Ağdam klubu müqavilə müddətini 1 il daha artırmaq hüquqna malik olsa da, bundan istifadə etməyə bilər. Xəbərdə Rerrasla İtaliyanın "Krotone", Fransanın "Lans", Türkiyənin "Rizespor" və Belçikanın "Lyej" klublarının da maraqlandığı iddia olunub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.