“Barselona”da növbəti konflikt, Messi qapıçı ilə mübahisə etdi

7-02-2020, 02:15           
“Barselona”da növbəti konflikt, Messi qapıçı ilə mübahisə etdi
İspaniya "Barselona"sının futbolçusu Lionel Messi məşq vaxtı komandanın qapıçısı Mark-Andre ter Ştegenlə mübahisə edib.

Oyunçular arasında söz savaşı top uğrunda mübarizə nəticəsində baş verib. Daha əvvəl Messinin müdafiəçi Jerar Pike ilə də münaqişəsi yaranıb.

Bundan başqa, argentinalı hücumçu klubun idman direktoru Erik Abidalı tənqid edib. Buna Abidalın futbolçulardan bir neçəsinin sabiq baş məşqçi Ernesto Valverdenin rəhbərliyi altında lazımi qədər oyuna köklənmədiklərinə dair açıqlaması səbəb olub.

Qeyd edək ki, bu mövsüm Lionel Messi La Liqada 17 oyuna 14 qol vurub və 8 məhsuldar ötürmə verib.//Report












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.