Messinin “Barselona”dakı aqibəti məlum oldu

8-02-2020, 08:30           
Messinin “Barselona”dakı aqibəti məlum oldu
“Barselona” futbol klubu hücumçu Lionel Messinin Katalon klubunu tərk edib-etməməsi məsələsinə aydınlıq gətirib.

“Report” xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Klub bildirib ki, argentinalı futbolçu klubun idman direktoru Erik Abidalla qarşıdurmaya baxmayaraq, qarşıdan gələn yayda komandanı tərk etməyə hazırlaşmır.

Messi "Barselona”da ən azı müqavilə müddətinin sonuna kimi qalmağı planlaşdırır. Qeyd edilir ki, müqavilə 2021-ci ilin 30 iyununa qədər qüvvədədir. Bundan əlavə, 32 yaşlı argentinalı müqavilə müddətinin uzadılmasına qarşı deyil.

Xatırladaq ki, Lionel Messi ilə komandanın idman direktoru Erik Abidal arasına münaqişə "Instagram"da yaranıb. Argentinalı hücumçu Abidalın sabiq baş məşqçi Ernesto Valverde barədə sözlərinə reaksiya verib. Abidal iddia edib ki, komanda Valverdeni tənqid edir və tam gücünü ortaya qoymurdu. Lakin Messi klub rəsmisindən narazıların adlarını çəkməsini tələb edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.