Messi Ronaldunu maaş reytinqində geridə qoydu

8-02-2020, 10:39           
Messi Ronaldunu maaş reytinqində geridə qoydu
Fransanın “L'Equipe” nəşri dünyanın ən yüksək ödənişli futbolçularının reytinqini tərtib edib.

Ən çox qazanan “Barselona”nın lideri Lionel Messidir. Argentinalı vergi çıxılmadan ayda 8,3 milyon avro (ildə 99,6 milyon) qazanır.

İkinci yerdə Kriştianu Ronaldunun adı çəkilir. O, ayda 4,5 milyon avro (ildə 54 milyon) qazanır.

İlk üçlüyə ayda 3 milyon avro alan (ildə 36 milyon) PSJ-nin forvardı Neymar daxil olub.

Dördüncü və beşinci yerləri hərəsi ayda 3 milyon avro (ildə 36 milyon) qazanmaqla “Barselona”nın hücumçuları Antuan Qrizmann və Luis Suares bölüşürlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru