Yeni qərar: Əlavə vaxt ləğv edildi

10-06-2020, 22:14           
Yeni qərar: Əlavə vaxt ləğv edildi
İtaliya Kuboku ilə bağlı yeni qərar qəbul edilib.

Goal.com xəbər verir ki, cari mövsümdə İtaliya Kubokunda əlavə vaxt oynanılmayacaq. Əlavə yüklənmələrin və mümkün zədələrin qarşısını almaq üçün bu addım atılıb.

"Qonaq qolu" qaydası qüvvədə qalacaq. İki oyunun nəticəsinə görə bərabərlik qeydə alınarsa, qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçiləcək.

12-13 iyunda İtaliya Kubokunda yarımfinal mərhələsinin cavab görüşləri oynanılacaq. "Yuventus" "Milan"ı (ilk görüş - 1:1), "Napoli" isə "İnter"i (ilk görüş - 1:0) qəbul edəcək. Final matçı 17 iyuna təyin olunub./fanat/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru