İspaniya La Liqası derbi ilə bərpa olunub

12-06-2020, 08:01           
İspaniya La Liqası derbi ilə bərpa olunub
İspaniya La Liqasında koronavirus pandemiyası səbəbindən yaranmış 92 günlük fasilə başa çatıb.

Apasport.az saytının məlumatına görə, adıçəkilən ölkədə bu gün XXVIII turun açılış matçı keçirməklə çempionat rəsmən bərpa olunub.

Əndəlüs derbisində bürünc medala iddia edən "Sevilya" Avropa Liqasına vəsiqə şansını hələ də itirməyən "Betis"i qəbul edib. İlk hissəsi bərabərə bitən qarşılaşmanın ikinci hissəsində 6 dəqiqə ərzində 2 qol vuran ev sahibləri görüşdən qalib ayrılıb.

Qeyd edək ki, turun digər oyunları iyunun 12-14-də keçiriləcək.

İspaniya La Liqası
XXVIII tur
11 iyun
"Sevilya" - "Betis" - 2:0
Okampos, 56 (pen.); Fernando, 62












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru