Trampın ABŞ yığmasını boykot qərarı FİFA-nın diqqətini cəlb etdi

16-06-2020, 07:33           
Trampın ABŞ yığmasını boykot qərarı FİFA-nın diqqətini cəlb etdi
ABŞ prezidenti Donald Tramp bildirib ki, bundan sonra milli futbol matçlarına baxmayacaq.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Dövlət başçısı qeyd edib ki, buna səbəb Birləşmiş Ştatların Futbol Federasiyasının (USSF) oyunçulara etiraz əlaməti olaraq himnin səsləndirilməsi zamanı diz üstə çökmələrinə icazə verməsidir.

Trampın sözləri FİFA-da şərh edilib. Beynəlxalq Futbol Beynəlxalq Federasiyasında bildiriblər ki, qurum "belə əhəmiyyətli məsələlərin müzakirəsi zamanı dözüm, qarşılıqlı hörmət və sağlam düşüncə uğrunda" qətiyyətlə çıxış edir.

"Biz hamımız irqçiliyə və zorakılığa yox deməliyik", - FİFA-da qeyd ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.