Xose Luis Çilavert: "Maradona Messinin əldə etdiyinin 1 faizini qazanmayıb"

22-06-2020, 00:04           
Xose Luis Çilavert:
Paraqvay futbolunun əfsanəvi qapıçısı Xose Luis Çilavert argentinalı Lionel Messi ilə Dieqo Maradonanı müqayisə edib.

Apasport.az saytının məlumatına görə, o, qazanılan uğurlara əsasən Messini həmyerlisindən üstün sayır.

Çilavertin fikrincə, "Barselona"nın kapitanı dünyanın ən yaxşı futbolçusudur: "Messi, şübhəsiz ki, dünyanın ən yaxşısıdır. Maradona onun əldə etdiklərinin 1 faizini belə qazana bilməyib. Leo İspaniya millisinin seçib dünya çempionu ola bilərdi və vətən xaini elan olunardı. Ancaq o, Argentinaya sadiq qaldı. Buna görə, bütün argentinalılar Messiyə minnətdar olmalıdırlar".

Qeyd edək ki, Maradona 1986-cı ildə dünya çempionu olub. Messi isə 4 dəfə Çempionlar Liqasını qazanıb, 6 dəfə "Qızıl top"a layiq görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru