“Liverpul” qalib gələ bilməyib, "Çelsi" əzmkar qələbə qazanıb

22-06-2020, 00:25           
“Liverpul” qalib gələ bilməyib, "Çelsi" əzmkar qələbə qazanıb
İngiltərə Premyer Liqasında XXX turun mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 3 oyun keçirilib.

Avrokuboka iddia edən "Şeffild Yunayted" Nyukaslda eyniadlı komandaya ikinci hissədə buraxdığı qollarla böyük hesabla uduzub.

Birminhemdə autsayderlər zonasında qərarlaşan "Aston Villa"nın qonağı olan "Çelsi" əzmkar qələbəyə sevinib.

Liverpul derbisində isə çempionluğun bir addımlığında olan "Liverpul" "Everton"la səfərdə qolsuz bərabərə qalıb.

Qeyd edək ki, Premyer Liqada XXX tura iyunun 22-də keçiriləcək "Mançester Siti" - "Bernli" (23:00) oyunu ilə yekun vurulacaq.

İngiltərə Premyer Liqası
XXX tur
21 iyun
"Nyukasl" - "Şeffild Yunayted" - 3:0
Seint-Maksimin, 55; Ritçi, 69; Coelinton, 78
"Aston Villa" - "Çelsi" - 1:2
Hous, 43 - Pulişiç, 60; Jiru, 62
"Everton" - "Liverpul" - 0:0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru