Braziliyada 200 metrlik hündürlükdən düşən futbolçu sağ qaldı

28-06-2020, 11:04           
Braziliyada 200 metrlik hündürlükdən düşən futbolçu sağ qaldı
Braziliyanın "Kruzeyro" futbol komandasının yarımmüdafiəçisi Enrike yol qəzasına düşüb.

“Report”un məlumatına görə, bu barədə “Globo Esporte” bildirib.


Nəşrin məlumatına görə, futbolçunun avtomobili 200 metrlik qayalıqdan düşüb. Zərərçəkənin xilas edilməsi üçün dörd yanğınsöndürən maşın cəlb edilib. Qeyd edilir ki, futbolçu şok vəziyyətindədir, bu səbəbdən o, yol-nəqliyyat hadisəsinin səbəblərini izah edə bilməyib.


Futbolçunun meneceri isə qeyd edib ki, Enrike sıyrıntılarla canını qurtarıb, ancaq buna baxmayaraq xəstəxanaya yerləşdirilib. Futbolçu hazırda həkim nəzarəti altındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru