Almaniya Bundesliqasına yüksələn iki klubun adı müəyyənləşdi

29-06-2020, 00:00           
Almaniya Bundesliqasına yüksələn iki klubun adı müəyyənləşdi
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov "Etsgebirge" komandasının heyətində Almaniyanın II Bundesliqasında mövsümün son oyununa çıxıb.

"Report"un məlumatına görə, Aue təmsilçisi XXXIV tur matçında "Regensburq"un qonağı olub. "Regensburq Arena"da keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Start heyətində yer alan Nazarov 90-cı dəqiqədə əvəzlənib.

Bununla da xalını 47-yə çatdıran "Ertsgebirge" çempionatı 7-ci pillədə tamamlayıb. 43 xala malik "Regensburq" 7-ci olub.

"Arminiya" 68, "Qarabağ"ın sabiq futbolçusu Ailton Silvanın müqavilə üzrə məxsus olduğu "Ştutqart" 58 xalla ilk 2 yeri tutub və Bundesliqaya vəsiqə qazanıb. "Veyen", Drezden "Dinamo"su və "Nürnberq" isə III Diviziona enib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru