İtaliya A Seriyası: “Milan” öz meydanında “Roma”ya 2:0 hesabı ilə qalib gəlib

28-06-2020, 22:03           
İtaliya A Seriyası:
İtaliya A Seriyasında 28-ci turun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, “San-Siro” stadionunda “Milan” klubu ”Roma” komandasını qəbul edib. Görüş Milan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun birinci hissəsində hesab açılmasa da, azarkeşlər fasilədən sonra iki qol görüblər. Matçın 76-ci dəqiqəsində Ante Rebiç hesabı açıb. Bundan 12 dəqiqə sonra “Milan” hesab arasındakı fərqi iki topa çatdırıb. Hakan Çalhanoğlu 11 metirlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

İtaliya A Seriyasında ardıcıl ikinci qələbəsini qazanan “Milan” xal ehtiyatını 42-yə çatdıraraq turnir cədvəlində 7-ci yerini qoruyub saxlayıb. “Roma” isə 48 xalla 5-ci yerdədir.

Növbəti turda “Milan” səfərdə SPAL klubunun qonağı olacaq, “Roma” isə öz meydanında “Udineze”ni qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru