"Real"ın kritik matçı: "Barselona" ilə fərq 7 oldu
5-07-2020, 20:10
İspaniya La Liqasının 34-cü turunda lider "Real Madrid" səfərdə "Atletik Bilbao" ilə qarşılaşıb.
Axar.az xəbər verir ki, matç Madrid təmsilçisinin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolu 73-cü dəqiqədə komandanın kapitanı Serxio Ramos penaltidən vurub.
Beləliklə "Real Madrid" çempionluq yolunda ən çətin matçını qazanaraq ikinci sıradakı "Barselona"nı 7 xal qabaqlayıb. Bir matç az keçirən "Barselona"nın 70 xalı var.