“Barselona”nın prezidenti VAR-ı tənqid etdi

6-07-2020, 10:32           
“Barselona”nın prezidenti VAR-ı tənqid etdi
“Barselona” futbol klubunun prezidenti Xosep Bartomeu VAR sistemini tənqid edib.

Xəbəri “Goal” agentliyi yayıb.

“Mən “Real” (Madrid) və “Atletiko” arasındakı qarşılaşmanı izlədim. Özümü çox pis hiss edirəm. Biz (“Barselona”nı nəzərdə tutur - red.) dünyada ən gözəl futbol oyunu nümayiş etdiririk. VAR isə koronavirusdan sonra ədalətsiz qərarlar verir. Bu qərarlar qarşılaşmaların nəticələrini dəyişir və həmişə eyni komandaya kömək edir”, - deyə X.Bartomeu bildirib.

Qeyd edək ki, İspaniya çempionatının 34-cü turunda “Real” “Atletiko”nu məğlub edib. Yeganə qolu 73-cü dəqiqədə penalti zərbəsi ilə Serxio Ramos vurub. Oyunun 76-cı dəqiqəsində isə “Atletiko”nun futbolçusu “Real”ın cərimə meydançasında kobudluqla dayandırılsa da, oyunun hakimi 11 metrlik cərimə zərbəsini təyin etməyib.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru