Azərbaycanlı futbolçu və məşqçi orduya könüllü yazıldı - FOTO
18-07-2020, 11:06
Gündən-günə Azərbaycan Ordusunda könüllü şəkildə xidmət etmək istəyənlərin sayı artır.
Oxu.Az xəbər verir ki, orduya könüllü şəkildə yazılanlar arasında azərbaycanlı idmançılar da var.
Bunlardan biri millimizin sabiq futbolçusu, “Sumqayıt” klubunun yeni üzvü Elvin Məmmədovdur.
Bu gün 32 yaşını qeyd edən, Tovuzda anadan olmuş futbolçu onlayn şəkildə elektron müraciət formasını doldurub.
Mende haziram
A post shared by Elvin Mamedov (@elvin.mammadov10) on Jul 17, 2020 at 10:25am PDT
Həmçinin, kikboksinq üzrə məşqçi Anar Süleymanov bu üsulla qeydiyyatdan keçib.
Beli mende qeydiyyatdan kecdim! Ve butun idmancilarimiza, qeyretli ogullarimiza sesleniremki, gelin ciyin-ciyine dayanib dusmeni darma-dagin edek!
A post shared by Dunya ve avropa cempionu (@anarsuleymanov_officiall) on Jul 16, 2020 at 11:52pm PDT
Qeyd edək ki, daha əvvəl MMA döyüşçüsü Aqşin Babayev Salyan rayonundakı hərbi komissarlığa gedərək, könüllü şəkildə müharibəyə getmək üçün müraciət etmişdi.oxu.az/