Avropa Liqası: Koronavirus aşkarlanan komanda mübarizəni dayandırdı

10-09-2020, 06:57           
Avropa Liqası:
Bu gün UEFA Avropa Liqasında I tənifat mərhələsindən təxirə salınmış oyun keçirilib."Report"un məlumatına görə, İsrailin "Makkabi" (Hayfa) klubu öz meydanında Bosniya və Herseqovina "Jelezniçar"ını qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hayfa təmsilçisinin heyətində qolları Tyaronn Şeri (34-cü dəqiqə), Nikita Rukavitsa (59) və Yuval Aşkenazi (66) vurublar. Qonaqların yeganə qolunun müəllifi isə 34-cü dəqiqədə İvan Lendriç olub.

Bu qələbədən sonra II təsnifat mərhələsinə vəsiqə qazanan "Makkabi" bu raundda Qazaxıstan "Kayrat"ı ilə qarşılaşacaq.

Qeyd edək ki, "Makkabi" - "Jelezniçar" matçı qonaq komandanın 11 üzvündə koronavirus aşkarlandığı üçün təxirə salınmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru