"Formula-1"də daha 8 nəfərdə koronavirus aşkarlanıb

14-11-2020, 01:19           
"Formula-1"də daha 8 nəfərdə koronavirus aşkarlanıb
"Formula-1" iştirakçıları və işçiləri növbəti dəfə yeni növ koronavirus (COVİD-19) testindən keçiriliblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, testlərin nəticələrinə əsasən daha 8 nəfərdə koronavirus aşkarlanıb. Koronavirusa yoluxan şəxlərin adları və vəzifələri barədə məlumat verilmir.

Bildirilir ki, koronavirus testləri noyabrın 6-dan 12-dək keçirilib. Testlərdən 2 543 nəfər keçib.

Qeyd edək ki, "Formula-1"in növbəti mərhələsi noyabrın 13-dən noyabrın 15-dək Türkiyədə keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru