PSJ Mbappeni satmağa hazırdır

13-01-2021, 05:09           
PSJ Mbappeni satmağa hazırdır
Mbappedən başqa Neymar da çox məvacib aldığı üçün PSJ-dən ayrıla bilər



Fransanın PSJ-sinin rəhbərliyi futbolçu Kilian Mbappenin komandadan ayrılma variantını nəzərdən keçirməyə hazırdır.



AYNA xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Maurisio Poçettino İspaniya "Barselona"sından Lionel Messi, İngiltərə "Mançester Siti"sindən isə Sexio Aqueronun transfer edilməsini istəyir.



Lakin bu oyunçuların heyətə cəlb edilməsi üçün klub "Maliyyə Fair Play"ini pozmamaq məqsədi ilə futbolçularına verilən maaşları azaltmalıdır.



Mbappedən başqa Neymar da çox məvacib aldığı üçün PSJ-dən ayrıla bilər.



Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru