Futbolçular hakimə alqışlarla "Zəfər dəhlizi" yaratdılar FOTO

22-01-2021, 09:20           
Futbolçular hakimə alqışlarla "Zəfər dəhlizi" yaratdılar FOTO
“Səbail” – “Neftçi” (1:3) matçında maraqlı anlar yaşanıb. 44 günlük Vətən müharibəsində iştirak etmiş futbol hakimi Kamal Umudlu "Zəfər dəhlizi"ndə futbolçuların alqışları altında meydançaya daxil olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə PFL rəsmisi Elgiz Abbasov məlumat verib. Kamal Umudlu sözügedən jestlə bağlı sosial şəbəkədə minnətdarlığını bildirib: "117 gün sonra yaşıl meydanlara qayıtmaq həqiqətəndə möhtəşəm hissdir...Mənim üçün yarıda qalmış, yeni bir başlanğıcdır bu... Bu gözəl günü mənim üçün yadda qalan və dahada möhtəşəm edən hər bir kəsə dərin minnətdarlığımı bildirirəm...VAR OLUN...!!!"













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru