Pandemiyanın Avropa klublarına vurduğu zərərin məbləği açıqlandı

27-01-2021, 20:26           
Pandemiyanın Avropa klublarına vurduğu zərərin məbləği açıqlandı
Avropa futbol klublarının koronavirus pandemiyası dövründəki maliyyə itkiləri 10 milyard ABŞ dollarından çox ola bilər.

Open.az-ın məlumatına görə, bu barədə İtaliya "Yuventus"unun prezidenti Andrea Anyelli "Associated Press"ə açıqlamasında deyib.

Avropa Klublar Birliyinə (ECA) də rəhbərlik edən funksioner bildirib ki, vəziyyətdən çıxmaq üçün təqribən 360 komandaya ən azı 7,2 milyard ABŞ dolları məbləğində vəsait lazım olacaq.

Qeyd edək ki, daha əvvəl "Deloitte" şirkəti Avropanın ən uğurlu 20 klubunun cari mövsümdəki maliyyə itkilərinin 2 milyard avronu ötdüyünü açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru