Hakimi döyən 3 futbolçu həbs olundu

7-02-2016, 21:43           
Hakimi döyən 3 futbolçu həbs olundu
Türkiyənin İzmir şəhərində həvəskar futbol liqasının matçında hakimi döydükləri üçün mühakimə olunan 3 futbolçu bu gün məhkəmə tərəfindən, "Qəsdən sağlamlığa xəsarət yetirmək" maddəsi ilə 2 il həbs cəzasına məhkum edilib.

Musavat.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 3 il öncə oynanan Bolvadin Belediyespor- Akören Belediyespor matçında hakimin qərarını bəyənməyən 3 futbolçu, hakimi yerə yıxaraq onu təpikləyiblər.

Bundan sonra iş məhkəməyə verilib. 3 il çəkən məhkəmə müzakirələrindən sonra, futbolçular həbs edilib. Hakimin vəkili mediaya açıqlamasında bunları deyib: "Bu qərar, bu hadisə bütün futbolçulara dərs olmalıdır. Onların işi futbol oynamaqdır, hakim döymək deyil".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.