Messi böyrəklərindən əməliyyat keçirəcək

9-02-2016, 01:18           

Arqentinalı hücumçu 2 gün sonra məşqlərə qayıdacaq.

“Barselona” və Arqentina yığmasının futbolçusu Lionel Messi fevralın 9-da böyrəklərindən əməliyyat keçirəcək. Messinin böyrəklərində daş aşkarlanıb.

Nəşrin məlumatına görə, futbolçu ağrıların olmadığını bildirib.

Əməliyyat yüngül xarakterli olacaq və hücumçu elə həmin gün evinə qayıda biləcək, fevralın 11-də isə o “Barselona”nın heyətində məşqlərə qayıdacaq. (oxu.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.