"Liverpul" 20 ildə ilk dəfə "Everton"a uduzdu

21-02-2021, 10:04           
"Liverpul" 20 ildə ilk dəfə "Everton"a uduzdu
"Liverpul" İngiltərə çempionatının 25-ci turunun matçında "Everton"a 0:2 hesabı ilə uduzub.“Report” xəbər verir ki, matç azarkeşlərin iştirakı olmadan "Enfild" stadionunda keçirilib.

Qarşılaşmada hesab üçüncü dəqiqədə açılıb – Rişarlison fərqlənib. Rəqibin qapısına ikinci qolu Qilfi Siqurdsson penaltidən vurub.

Qeyd edək ki, "Everton" 1999-cu ilin sentyabrından bu stadionda 14 dəfə uduzub.

Beləliklə, "Everton" "Enfild"də 22 illik məğlubiyyət seriyasını başa vurub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.